Aviabiletlərin tarifləri

Aviabiletlərin tarifləri

Aviabiletin dəyərinin qaytarılması: istifadə olunmayan bütün rüsum və yığımlar geri qaytarılır
Uşaqlar və körpələr üçün güzəştlər: yuxarıda qeyd olunan bütün tariflər üzrə 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25% “CHD”, 0 – 2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% INF güzəştləri tətbiq edilir
Klassik və Flex tarifləri ilə səyahət edən 0 – 2 yaşında körpələr üçün 1 yer 10 kq baqajın daşınmasına icazə verilir
Yığım və rüsumlar: təxsisetmə sistemində dərc edilən yığım və rüsumlara əsasən tətbiq edilir
“Uçuşdan əvvəl” - Uçuşa 60 dəqiqədən çox vaxt qaldıqda yenidən təxsis etmək və ya aviabiletin dəyərini qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlmiş sərnişin hesab olunur
“VOID” - aviabilet ləğv edilməsi (anulyasiyası) yalnız aviabilet rəsmiləşdirilən andan 3 (üç) saat ərzində icazə verilir. Bu zaman biletdə göstərilən uçuş vaxtına 3 saatdan az qalmayıbsa “Void” statusu ilə ləğv edilə bilər. “No Show” statuslu biletlərin “Void” statusla ləğvi qəti qadağandır.
Maksimal qalma müddəti: aviabiletin qüvvədə olma müddəti. Müxtəlif maksimal qalma müddətləri olan tariflərin birləşdirilməsi/kombinasiyası zamanı, daha çox olan “maksimal qalma müddəti” tətbiq olunur
Aviabiletlərin geri qaytarılması və yenidən təxsis edilməsi üçün cərimələr tarifin tətbiq qaydalarına uyğun olaraq hər uçuş seqmentinə tətbiq edilir.
Sinif/brend səviyyəsinin dəyişilməsinə icazə verilmir (eyni xidmət sinifi daxilində, daha aşağı sinfə)
Aviabilet tarixinin dəyişdirilməsi (rebooking/revalidate) avtomatik təxsisetmə sistemində mövcud olan sinfə/brendə əsasən, tarif fərqinin tutulması və tarifin müvafiq tətbiq edilmə qaydalarına əsasən həyata keçirilir
Eyni şəhər, lakin müxtəlif hava limanlarının “Rerouting” zamanı yalnız avtomatik təxsisetmə sistemində olan sinif və yığım/rüsumlar arasında olan fərq tutulmalıdır. Tariflər arasında olan fərq qaytarılmır.

İndividual qiymət təklifinə ehtiyacınız var?

Formu doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən biznesinizə özəl individual təklifi əldə edin