Haqqımızda

2007-ci ildə əsası qoyulan “NOBEL PRESTİGE” şirkəti olaraq fəaliyyətə başlamışdır. Hazırda 2017-ci ildən adı dəyişilərək  "AZE TURİZM " şirkəti olaraq fəaliyyətinə davam edir. Azərbaycanda turizmin  inkişafına öz töhfəsini vermiş, bu sahədə tanınmış şirkətlərdən birinə çevrilmişdir. Səfərlərin yüksək səviyyədə və büdcənizə uyğun şəkildə təşkil olunması əsas hədəflərimizdəndir. 

Şirkətin əsas fəaliyyət sahələri:
İstirahət, müalicə, biznes, mice turlar  və s. daxil olmaqla həm Outgoing (göndərmə), həm də Inbound (gəlmə)  turizmi üzrə fəaliyyət göstərir.
Outgoing üzrə turirstlərimizin ən çox seçim etdiyi ölkələr sırasına Türkiyə, Dubay, Misir, Monteneqro və  Avropa ölkələri - Polşa, Estoniya, Fransa, Almaniya, Latviya, Ruminiya, Özbəkistan, Qırğızıstan və s. ölkələrlə əməkdaşlıq edir və ölkəmizə turistlər cəlb edir.

Missiyamız

2007-ci ildə Nobel Prestij adı altında fəaliyyətə başlayan Aze Turizm 16 ildir Azərbaycan turizm sektorunda uğurlu fəaliyyətini davam etdirir. 2017-ci ildən şirkətimiz turizm bazarında yeni adı Aze Turizm brendi altında tanınır. Şirkətimiz Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən rəsmi qeydiyyata alınmış və Azərbaycan Turizm Agentlikləri Assosiyasıyasının rəsmi üzvlərindəndir. Aze Turizmin fəaliyyət misiyasının əsasında Azərbaycan yerli və gəlmə turizmin inkişafını sürətləndirmək, Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq və ölkəmizi regionun və dünyanın əsas turizm ölkələrindən birinə çevirməkdir. Şirkətimiz bu yolda inamlı adımmlar atmaqdadır; Beləki Aze Turizm xaricdə keçirilən bir çox turizm sərgilərində iştirak etmiş ölkəyə xarici turistlərin gəlməsində mühüm rol oynamışdır. Hazırda isə şirkətimizin fəaliyyət sahələrində yerli və əcnəbi vətəndaşlar üçün daxili və xarici turların təşkili, aviabiletlərin satışı, viza dəstəyi və işgüzar səyahətlərin təşkili kimi fəaliyyətlər  daxildir.
İndividual qiymət təklifinə ehtiyacınız var?

Formu doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən biznesinizə özəl individual təklifi əldə edin