Yolda keçən uzun saatları necə dəyərləndirə bilərik?



Yolda keçən uzun saatları necə dəyərləndirə bilərik?

Uzun yol səfərləri bəzən çox darıxdırıcı ola bilir. Vaxt keçmək bilmir, hətta getdikcə uzanırmış kimi gəlir. Xüsusəndə tək çıxılan səfərlərdə özümüzü yalnız hiss etməmək üçün bəzi vasitələrdən istifadə edə bilərik. Səfər boyunca kitab oxuya, musiqi dinləyə, filmlərə baxa bilərsiniz. Bu haqda sizəbəzi tövsiyyələrimiz ola bilər:

  Kitablar ruhumuzun güzgüsüdür və bizi daim təkmilləşdirir. Yeni yerləri kəşf edərkən kitab oxumağın həzzi təbii ki, başqadır. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün gündəlik həyatın təlaşında kitablara vaxt ayırmaq çətin ola bilər. İş yükü, tıxac və səs-küydən danışarkən, kitabların ruhlandırıcı və xəyalpərəst səhifələrinə düşmək çətin ola bilər.
  • Agatha Christie - Şərq Ekspresində Cinayət
  • Dostoyevski - Cinayət və Cəza
  • Frans Kafka - Çevrilmə
  • Jack Kerouac - Yolda
  • Sabahattin Ali - Xəz Paltolu Madonna

  Musiqisiz səyahət tamamilə darıxdırıcıdır. Uzaq məsafəyə yürüş zamanı atılan hər addımı müşayiət edən yol mahnıları mənəvi və motivasiya baxımından çox əhəmiyyətlidir. Səyahət boyu əhval-ruhiyyəmizə uyğun mahnılar seçə bilərik. Bu playlistləri göz ata bilərsiniz.
  • “Born to be Wild” – Steppenwolf
  • “I’ve Been Everywhere” – Johnny Cash
  • “Highway to Hell” – ACDC
  • “Hit the Road Jack” – Ray Charles
  • “Road Trippin’” – Red Hot Chilli Peppers
İndividual qiymət təklifinə ehtiyacınız var?

Formu doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən biznesinizə özəl individual təklifi əldə edin